RU

“Microsoft”un ikinci rüb üzrə maliyyə hesabatı açıqlandı

ABŞ-ın texnologiya nəhəngi "Microsoft" 2025-ci ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət bu dövrdə 76,4 milyard dollar gəlir əldə edib, bunun 27,2 milyard dolları isə xalis mənfəət olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18% və 24% artım deməkdir.

Ən yüksək artım bulud platforması "Azure" üzrə qeydə alınıb – illik 39% artım və ümumi gəlir 75 milyard dolları keçib. "Office" məhsulları və xidmətlərindən gəlirlər isə 18% artıb, "Microsoft 365" abunəçi sayı 89 milyonu ötüb.

Oyun sahəsində Xbox xidmət gəlirləri də 13% yüksəlib, "Game Pass" illik 5 milyard dollar gəlir gətirib. Lakin “Xbox Series X/S” konsol satışları 22% azalıb.

"Windows" OEM gəlirləri artıb, lakin "Surface" məhsullarında azalma davam edir. Bu kateqoriyada cəmi 3% artım qeydə alınıb və artım əsasən OEM satışlarından qaynaqlanır.

Sərvanə Rəmixanova

Избранный
42
valyuta.az

1Источники