31 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisi Nelson Semedo İngiltərənin “Vulverhempton” klubundan ayrılaraq, azad agentə çevrilib.
Arena.az bu barədə “Vulverhempton”un mətbuat xidmətinə istinadən məlumat verir.
Geridə qalmış mövsümdə Semedo “Vulverhempton” üçün 37 oyuna çıxıb, 5 məhsuldar ötürmə verib.
Nelson Semedo “Şentrenşe”nin məzunudur. Müdafiəçi, karyersı ərzində “Benfika”, “Fatima” (icarə), “Barselona” və “Vulverhempton”da oynayıb.
Semedo 2015-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 44 oyun keçirib, 5 məhsuldar ötürmə verib.
Semedonun qənimətlər muzeyində “Benfika” ilə qazandığı Portuqaliya çempionluğu (2 dəfə), ölkə kuboku, liqa kuboku və superkuboku, həmçinin “Barselona” ilə qazandığı İspaniya çempionluğu və ölkə superkuboku var. Portuqaliya yığması ilə Semedo UEFA Millətlər Liqasının qalibi olub (2019, 2025).
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.