RU

ABŞ və Türkiyə S-400 məsələsinin həllinə yaxınlaşır — səfir

ABŞ və Türkiyə Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı uzunmüddətli anlaşılmazlığı aradan qaldırmağa yaxınlaşıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack deyib.

“Biz həll yolu tapacağıq. Bu, anlaşılmazlıq idi. Artıq 10 il keçib və vəziyyət tam fərqlidir. F-35, F-16 və S-400 məsələləri həll edilə biləcək məsələlərdir,” —  Barrack Haberturk kanalına bildirib.

O qeyd edib ki, ticarət həcminin 100 milyard dollara qədər artması və NATO-nun Türkiyədən gözləntilərinin yüksəlməsi tərəflər arasında dialoqu möhkəmləndirir.

2019-cu ildə ABŞ, Türkiyənin S-400 almasına cavab olaraq onu F-35 proqramından çıxarmışdı.

N.Təbrizli

Избранный
10
anews.az

1Источники