RU

Xaçmazda sürücünü infarkt vurması səbəbilə qəza baş verib

Xaçmaz rayonunda sürücünü sükan arxasında infarkt vurması nəticəsində qəza baş verib.

APA xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 1-ci kilometrində qeydə alınıb.

Məlumata görə, Rövkət Yunusov idarə etdiyi “QAZ 3302” markalı yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirərək sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Избранный
31
5
apa.az

5Источники