RU

Məhkəmə 210 minlik dələduzluq edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zahid Əmirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmiş və təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, Zahid Əmirov tanışı, zərərçəkmiş Vəli Həsənquliyev (adı, soyadı şərtidir) özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edib. O, zərərçəkmişin qardaşı ilə aralarında olan mülk mübahisəsini özünün məhkəmə strukturlarında olan geniş tanışlıq əlaqələri vasitəsi ilə müəyyən məbləğdə pulun müqabilində asanlıqla Vəlinin xeyrinə müsbət həll olunmasına nail olacağını yalan vəd verib. Zahid 2021-2022-ci illərdə zərərçəkmiş şəxsdən ümumilikdə 210 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 5 ay 28 gün azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 31 İyul 2025, 08:25   
Избранный
26
pravda.az

1Источники