RU

Avtovağzalda tanışını bıçaqlayan keçmiş məhkuma cəza verildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Yəhya Məcidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində qeydə alınıb.


Belə ki, Yəhya Məcidov tanışı, zərərçəkmiş Binnət Quliyevə (adı, soyadı şərtidir) istifadə etmək üçün götürdüyü mobil telefonu geri qaytarmamasını bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib. Sonra Yəhya zərərçəkmiş şəxsin ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib, ardınca isə bıçaqla qəsdən onun sağ qoluna zərbə vurub.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Yəhya Məcidov 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Yəhya Məcidov daha əvvəl Rusiya və Azərbaycanda məhkumluq həyatı yaşayıb.


Kamal Məmmədov 

Tarix: 31 İyul 2025, 08:18   
Избранный
44
pravda.az

1Источники