RU

Biləcərinin bitməyən yol dərdi: "Gündə üç dəfə ayaqqabı dəyişirik" - VİDEO

Biləcəri qəsəbəsinin 15-ci küçəsinin yolları illərdir asfalt örtüyünə həsrət qalıb. Sakinlər bu problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

 

Onların sözlərinə görə, 5 il əvvəl "Azərsu" tərəfindən aparılan qazıntı işlərindən sonra vəziyyət daha da pisləşib. Yağışlı günlərdə uşaqlar məktəbə, böyüklər isə işə çətinliklə gedib-gəlirlər. "Gündə üç dəfə ayaqqabı dəyişirik", - deyə sakinlərdən biri bildirib.

 

"Altı ildir burada yaşayıram. Kanalizasiya idarəsi bu məhəlləyə xətt çəkəndən sonra yol bərbad vəziyyətə düşdü. Heç bir tədbir görülmədi", - başqa bir sakin qeyd edib.

 

Vətəndaşları narahat edən problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası ilə bağlı aidiyyəti qurumlara artıq müraciət olunub. Proses mərhələli şəkildə icra ediləcək.

 

Tarix: 31 İyul 2025, 07:29   
Избранный
59
pravda.az

1Источники