Bakı. Trend:
ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarətİdarəsi (OFAC) İranda 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə dənəhəng gəmiçilik şəbəkəsinə məxsus 50 gəmiyə sanksiya tətbiqedib.
Trend-inməlumatına görə, bu sanksiyalar 2018-ci ildən bəri İranla bağlıtətbiq olunan ən böyük sanksiya paketi hesab olunur. Bildirilib ki,sanksiya tətbiq edilən şəbəkəyə İranın Ali Rəhbərinin siyasimüşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxani rəhbərlikedir.
Məlumata əsasən, bu gəmiçilik şəbəkəsi İran və Rusiyadan neft,neft məhsulları və digər yükləri dünyanın müxtəlif ölkələrinədaşımaqla on milyardlarla dollar gəlir əldə edib.
ABŞ Xəzinədarlıq katibi Skot Bessent bildirib:
“Bu gün tətbiq edilən 115-dən çox sanksiya, Trampadministrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyasıçərçivəsində bu günədək həyata keçirilmiş ən böyük tədbirdir”.