RU

Formula 1-in nüfuzlu şəxslərinin adları “Epşteyn işi”ndə

“Alpin” komandasının icraçı məsləhətçisi Flavio Briatore, Formula 1-in keçmiş sahibi Berni Ekklstoun və “Aston Martin” sahibi Lourens Strollujn adları amerikalı maliyyəçi Cefri Epşteynin işində hallana bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Uitni Uebb öz bloqunda yazıb.

Uebb “İtalyan Donald Tramp” və ABŞ prezidentinin yaxın dostu Flavio Briatorenin hekayəsi və onunla keçmiş nişanlısı Naomi Kempbellin Cefri Epşteynin “Qara Kitabı”na daxil edilməsinə səbəb olan əlaqələr” adlı materialın bir hissəsini sosial media səhifəsində paylaşıb.

“Flavio Briatore ilə yanaşı, Epsteynin əlaqə siyahısına Formula 1-dən bir çox digər mühüm fiqurlar daxildir, o cümlədən Berni Ekklstoun (uzun müddət Briatore ilə çox yaxındır) və Lourens Stroll (həmçinin moda sənayesində də mühüm əlaqələri var)”, – Uitninin hesabatında deyilir.

Избранный
20
1
publika.az

2Источники