“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Vulverhempton”dan Nelson Semedunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra “bülbüllər”lə rəsmi müqavilə imzalayacaq.
Semedu Portuqaliya millisinin də üzvüdür.
“Fənərbağça” bu gün daha bir keçidi açıqlayıb. Super Liqa klubu ötən mövsüm icarə əsasında komandada çıxış edən Milan Şkrinyarın transfer hüquqlarını alıb.