RU

Türk dünyası mədəni irsinə sahib çıxır

Mədəni irs obyektlərimizin İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminar uğurla keçib.

ICESCO-nun Bakıdakı regional ofisində düzənlənən seminarda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edib. O, təlimin İslam, Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, seminarın məhsuldar müzakirələr və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Qurumun rəhbəri ICESCO ilə sıx əməkdaşlıqdan danışıb və bu istiqamətdə birgə layihələrin, o cümlədən, Qırğızıstanda İssık-Kul gölü sahilində “Ruh Sanat” beynəlxalq mədəni forumun həyata keçirildiyini qeyd edib. Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə keçirilmiş məhsuldar görüş və Fond ilə ICESCO arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində əldə olunan razılaşmalar barədə də məlumat verilib.

Açılış mərasimində, ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhəkim əs-Sənan, ICESCO-nun Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov, direktor müavini Məryəm Qafar-zadə və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədrinin müavini Rüfət Mahmud çıxış edərək seminarın əhəmiyyətinə toxunub, iştirakçılara uğurlar arzulayıblar.

Təlim sessiyaları Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə və ekspertlər iştirak edirlər. Burada ICESCO-nun nominasiyalar siyahısına təqdim olunması üçün sənədlərin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər paylaşılır.

XQ

Избранный
41
2
xalqqazeti.az

5Источники