BAKI, 30 iyul.TELEQRAF.
ABŞ hökuməti İrandan olan 50 fiziki və hüquqi şəxsə, həmçinin bu ölkənin nəzarətində olan, əllidən çox neft daşıyan gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bunn 2018-ci ildən bəri ən böyük belə sanksiyalar paketi olduğunu bildirib.
Qurumun rəhbəri Skott Bessent bildirib: "Bu gün tətbiq edilən 115-dən çox sanksiya tədbiri Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək üçün kampaniyaya başlamasından bəri ən böyük sanksiyalardır.Tehranın ABŞ-nin təhlükəsizliyini təhdid etdiyi bir zamanda bu tədbirlər qazanc əldə edən rejim elitasını hədəfə almaqla, Amerikanıön olanaçıxarır".
Bəyanatda deyilir ki, sanksiya tətbiq edilən şəxslər, şirkətlər və gəmilər İran neftinin ticarəti ilə məşğul olan qlobal şəbəkənin bir hissəsidir vəonların Belçika, Böyük Britaniya, Honq-Konq, Hindistan, İtaliya, Kipr, Marşal adaları, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Rumıniya, Sinqapur, Türkiyə, Fransa və İsveçrə də daxil olmaqla 20 ölkə və qurumla əlaqələri var.