RU

Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi məlum oldu

BAKI. 30 iyul. TELEQRAF

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, Şimali Makedoniya "Şkendiya"sıdır.

Tetovo şəhərinin təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb. İlk matçda evdə 1:0 hesablı qələbə qazanan "Şkendiya" cavab görüşündə də qalib gəlib - 2:1.

"Qarabağ" "Şkendiya" ilə ilk matçını avqustun 6-da səfərdə, təkrar qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu üstələyib - 3:0, 1:0.

Избранный
15
teleqraf.com

1Источники