RU

ChatGPT-də artıq pulsuz rəqəmsal repetitor mövcuddur

"OpenAI" şirkəti ChatGPT platformasında yeni "tədris rejimi" (Study Mode) funksiyasını təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu rejim istifadəçilərə yalnız cavabları təqdim etməklə kifayətlənmir, həm də mövzuları və tapşırıqları mərhələli şəkildə izah edərək onların daha dərindən mənimsənilməsinə imkan yaradır.

Yeni tədris rejimi ChatGPT platformasının bütün istifadəçiləri üçün – həm pulsuz versiya, həm də "Plus", "Pro" və "Team" tariflərinə malik abunəçilər üçün aktiv edilib. "ChatGPT Edu" adlı təhsil yönümlü versiyada isə bu funksiya bir neçə həftə ərzində istifadəyə veriləcək.

"Tədris rejimi" funksiyası ev tapşırıqlarının yerinə yetirilməsi, imtahanlara hazırlıq və yeni mövzuların öyrənilməsi üçün nəzərdə tutulub. Bu rejimi işə salan zaman istifadəçidən öyrənmək istədiyi sahəni, hazırki bilik səviyyəsini və məqsədlərini göstərmək istənilir. Eyni zamanda, tədris tərzi də seçilə bilər – məsələn, praktiki yanaşma, vizual izah və ya sual-cavab formatı.

Bu rejimdə ChatGPT rəqəmsal repetitor kimi fəaliyyət göstərir: o, istifadəçiyə hazır cavab vermir, əksinə onu düzgün istiqamətə yönəldir, əlavə suallar verir, ipucları təqdim edir və tədricən problemi həll etməyə kömək edir.

"OpenAI" qeyd edir ki, bu funksiya müəllimlər və təhsil sahəsindəki ekspertlərin iştirakı ilə hazırlanıb və ChatGPT-nin tədris potensialının inkişafında ilk addım hesab olunur.

Paşa Məmmədli
 

Избранный
40
valyuta.az

1Источники