Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olanşəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığıkursuna başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan GözdənƏlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurskompüter operatoru peşəsi üzrədir.
Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35nəfər işsiz şəxs cəlb olunub.
Kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətləkeçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahəüzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Peşə hazırlığı kursu iki ay davam edəcək və cəlb olunanmüdavimlərə aylıq təqaüd də ödəniləcək.