RU

Süni intellektə günlük 2.5 milyard əmr

"OpenAI" açıqlayıb ki, hər gün "ChatGPT"yə orta hesabla 2,5 milyard əmr göndərilir.

Kulis.az xəbər verir ki, bu, saniyədə təxminən 29.000sorğu deməkdir.

Təkcə ABŞ -da gündəlik təxminən 330 milyon istifadə var. Bu o deməkdir ki, insanlar indi günlərini təşkil etmək, yazılarını tamamlamaq və bəzən sadəcə problemləri haqqında söhbət etmək üçün "ChatGPT"dən istifadə edirlər.

Qeyd edək ki, bu texnologiyanın istifadəsi hələ qlobal doyma səviyyəsinə çatmayıb. Bu o deməkdir ki, gündəlik 2,5 milyard əmr yalnız başlanğıcdır və gələcəkdə daha da artacaq.

Избранный
16
kulis.az

1Источники