RU

Azərbaycanda qızıl, gümüş və mis istehsalı kəskin artıb


Bu ilin ilk yarısında Azərbaycanda qızıl, gümüş və mis istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar–iyun ayları ərzində ölkədə 1 600,7 kiloqram qızıl, 1 941,4 kiloqram gümüş, 1 188,76 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 59,5% (597 kiloqram), gümüş istehsalı 12,9% (221,3 kiloqram), mis konsentratının istehsalı isə 11,8 dəfə (1 088 ton) artıb.

Elnur Əli
Избранный
18
yeniavaz.com

1Источники