RU

Lalas Messiyə irad bildirdi: “Leo”, böyümək vaxtındır”

ABŞ futbolunun əfsanəsi Aleksi Lalas “İnter Mayami”nin 38 yaşlı argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messiyə iradını bildirib.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, keçmiş müdafiəçi, “Leo”nu, MLS ulduzlarının Meksika Liqası ulduzları ilə keçirilmiş yoldaşlıq oyununda (3:1) iştirak etməməsinə görə tənqid edib:

“Bu, həddini aşmaqdır və azacıq gülməlidir. O, müqavilə imzalayıb. O, bilirdi ki, “Ulduzların oyunu”nda iştirak etmək onun mükəlləfiyyətinə daxildir. O, qaydaları bilirdi. Odur ki, Messi, sənin artıq, böyümək vaxtındır. İştirak etmək gərəkdir. Əgər sən bu oyunda iştirak etmək istəmirdinsə, sənin bunun üçün müqavilə imzalayarkən fürsətin vardı və sən bunu elə, qabaqcadan şərtləşdirməli idin”, deyə Lalas vuruğulayıb.

Xatırladaq ki, özbaşınalığı müqabilində, MLS-in İntizam Komitəsi Messini MLS müntəzəm mövsümü çərçivəsində 1 oyunluq cəzalandırıb.

Избранный
20
arena.az

1Источники