2026-cı ilin sentyabrında Şuşa şəhərində Qarabağ Universitetinin nəzdində peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bunu “Bərpa olunan enerji qurğu və avadanlıqların istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanaların açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 2027-ci ildə isə Füzuli Peşə liseyinin yaradılması nəzərdə tutulub: “Bu, işğaldan azad olunmuş yerlərə qayıdan vətəndaşların işlə təmjn edilməsi üçün böyük bir addımdır”.