RU

İsrailli hüquq müdafiəçiləri Qəzzada baş verənləri soyqırım adlandırır

İsrailin insan haqları təşkilatları B’Tselem və Physicians for Human Rights – İsrail öz hesabatlarında Qəzza zolağında müharibəni pisləyib, İsrail əsgərlərinin hərəkətlərini soyqırım adlandırıblar.

NOCOMMENT.az bildirir ki, bu barədə The Washington Post (WP) yazır.

Qəzet yazır: “Onların qiymətləndirmələri bir sıra aparıcı beynəlxalq insan haqları təşkilatlarının, xarici hökumətlərin və soyqırım mövzusunu araşdıran alimlərin artıq çıxardıqları nəticələrlə üst-üstə düşür.

Bundan əvvəl Holokost üzrə aparıcı tədqiqatçı, tarixçi və Braun Universitetinin professoru Ömər Bartov da İsrail hakimiyyətini Qəzza zolağında soyqırımda ittiham etmişdi.

Избранный
16
nocomment.az

1Источники