Gələn il Şuşa şəhərində peşə təhsili mərkəzi, 2027-ci ildə isə Füzuli peşə təhsil məktəbi fəaliyyətə başlayacaq.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hazırda ölkəmizdə 100 mindən çox şəxs peşə təhsili alır və peşə təhsili sahəsinin genişləndirilməsi planlaşdırılır.