RU

Şamaxıda şərab zavodu yandı

Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 116-cı kilometrliyi) ümumi sahəsi 4500 m² olan fəaliyyət göstərməyən şərab zavodunun dam örtüyünün yanar konstruksiyaları 1500 m² sahədə və içərisində həcmi 20 ton olan taxtadan ibarət 10 ədəd çəllək yanıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Zavodun və çəlləklərin qalan hissəsi yanğından mühafizə olunub.

Избранный
24
4
publika.az

8Источники