RU

Tramp Rusiya üçün yeni vaxt qoydu - 10-12 gün  

  

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Rusiya lideri Vladimir

Putindən "çox məyusdur" və buna görə Ukraynada nizamlanma üçün ultimatumun

müddətini qısaldır - 10-12 gün. Xatırladaq ki, bundan əvvəlkinin müddəti

sentyabrın 1-də bitməli idi.

Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündə bildirib:

"Prezident Putinlə dörd-beş dəfə danışdım, lakin sonra o, Ukraynanın şəhərlərinə

raket atdı... Belə olmamalıdır. Prezident Putindən çox məyus oldum. Bunun necə

nəticələnəcəyini görəcəyik. Mən bunu 50 günə qədər qısaldacağam, çünki düşünürəm

ki, bunun necə bitəcəyini bilirəm".

Bu arada Rusiya Müdafiə Nazirliyi iyulun 28-də gecə saatlarında hərbi

aerodrom infrastrukturuna, sursat anbarına, raket silahlarına və Ukraynada

pilotsuz təyyarələrin istehsalı üçün komponentlərə "Kinjal" hipersəs

raketləri, eləcə də hücum dronları da daxil olmaqla, "uzaq mənzilli

havadan buraxılan dəqiqlikli silahlarla qrup zərbəsi" endirdiyi barədə məlumat

verib. Məlumatda bildirilib ki, zərbələr yalnız Ukraynadakı hərbi və enerji

obyektlərinə və onlarla əlaqəli infrastruktura endirilir.

Xatırladaq ki, iyulun 14-də Tramp Rusiyanın hərəkətlərindən  "məyus olduğunu" bildirib və 50 gün

ərzində Ukrayna ilə dialoqda irəliləyiş əldə olunmayacağı halda Moskva və onun

ticarət tərəfdaşlarına "təxminən 100 faiz" ikinci dərəcəli tariflər tətbiq

edəcəyini açıqlamışdı. Eyni zamanda ABŞ Prezidenti Kiyevi yeni silahlarla təmin

edəcəyini vəd etmişdi.

Kreml Trampın bəyanatlarını çox ciddi adlandırıb və onların təhlil edilməsinə

ehtiyac olduğunu qeyd edib. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə

görə, Ukrayna ABŞ-nin qərarlarını "müharibənin davam etdirilməsi üçün

siqnal kimi" qəbul edir.

Qeyd edək ki, Ağ Evin rəhbəri bu yaxınlarda dəfələrlə Putindən məyus

olduğunu bildirib. Tramp ultimatumdan sonra deyib: "Məyusluq o faktla

bağlıdır ki, mən, Rusiya ilə sövdələşməni artıq dörd dəfə əldə olunmuş hesab

etmişəm". Amerika lideri Rusiya Prezidenti ilə gələcək münasibətləri barədə

suala belə cavab verib: "Mən məyus oldum, lakin onunla  işim hələ bitməyib". Eyni zamanda Tramp

tərəf tutmadığını iddia edib.

Həftəsonu ABŞ dövlət katibi Marko Rubio da xəbərdarlıq edib ki, Trampın

"səbri tükənib" və Rusiyanın döyüşləri dayandırmaq üçün addımlar

atmasını "gözləməyə daha az hazırdır". Dövlət Departamentinin rəhbəri

vurğulayıb ki, Prezident hələ də münaqişənin həllində maraqlıdır və ona son

qoymaq üçün konkret addımlar gözləyir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
12
azerbaijan-news.az

1Источники