Bu barədə Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi hökumət nümayəndələri İsrailin "Haaretz" qəzetinəməlumatveriblər. Bildirilib ki, iranyönümlü HƏMAS yaraqlıları həmçinin Qəzza zolağındakı əsirlərin azadlığa çıxarılmaları məqsədilə yeni hücumun həyata keçirilməsindən çəkinirlər.
"Eyni zamanda, İsraillə dolayı atəşkəs danışıqlarının başlaya biləcəyi ilə əlaqədar vasitəçi ölkələrdən ziddiyyətli mesajlar alırlar. Bu onları tamamilə çaşqın vəziyyətə salıb",– qəzet yazır.
Ötən günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, "HƏMAS-ın inadkarlığı atəşkəs razılaşmasına maneə yaradır". Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da HƏMAS tərəfinin atəşkəs üzrə danışıqlar aparmaq istəmədiyini nəzərə alaraq,"mübarizənin daha fərqli formaya gətirilməsinin" vacibliyini vurğulayıb. Bu ifadələr fonunda görünür ki,HƏMAS-ın narahatlığı əbəs deyil.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun sabiq lideri İsmayıl Haniyə keçən iliyulun 31-dəİranın paytaxtı Tehran şəhərindəki iqamətgahında İsrail Ordusunun raket zərbəsi ilə öldürülmüşdü.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта