RU

Yerin fırlanma oxu dəyişir – Təhlükə barədə xəbərdarlıq edildi

BAKI, 30 iyul. TELEQRAF

Elm adamlarının bu yaxınlarda apardıqları araşdırma heyrətləndirici bir faktı üzə çıxarıb: son 20 ildə Yer kürəsi fırlanma oxunu 80 santimetr dəyişib və bu, əsasən insan fəaliyyəti, xüsusən də yeraltı suların irimiqyaslı nasosla çəkilməsi sayəsində baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.

Mütəxəssislərin fikrincə, baş verən dəyişiklik dəniz səviyyəsinin qalxmasına və iqlim qeyri-sabitliyinə töhfə vermək də daxil olmaqla, əvvəllər düşünüldüyündən daha ciddi nəticələrə səbəb ola bilər.

Tətiqata rəhbərlik edən Cənubi Koreyanın Seul Milli Universitetinin professoru Ki-Von Seo deyir ki, Yerin fırlanma qütblərinin mövqeyi daim dəyişir. Yeni araşdırma göstərir ki, bütün iqlim amilləri içərisində qütb sürüşməsinə ən çox təsir edən yeraltı suların yenidən paylanmasıdır.

Suyun hərəkəti Yer oxunun meylini dəyişir.

Tədqiqatın ən narahatedici nəticələrindən biri qrunt sularının çəkilməsi ilə dəniz səviyyəsinin yüksəlməsi arasında əlaqədir. Bildirilir ki, yeraltından çəkilən su sonda okeanlara daxil olur və onların həcmini artırır. Hesablamalara görə, son 20 ildə yeraltından 2150 giqaton su çəkilib ki, bu da oxun 80 santimetr yerdəyişməsinə səbəb olub.

Tədqiqatçılar hesab edirlər ki, uzunmüddətli perspektivdə yeraltı suların çəkilməsi davam edərsə, sahilyanı daşqınlar əhəmiyyətli dərəcədə arta bilər.

Araşdırma göstərir ki, Şimali Amerikanın qərbi və Hindistanın şimal-qərbində yerləşən bölgələr oxun yerdəyişməsinə ən böyük töhfəni verib.

Избранный
57
teleqraf.com

1Источники