Türkiyənin Konya şəhərində zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Konyanın İlgın rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Səhər saat 6:40-da baş verən zəlzələnin dərinliyi 15,6 kilometr olaraq ölçülüb.