RU

Ukrayna kəşfiyyatçılarının Qara dənizdə uğurlu əməliyyatı: düşmən mövqeyi və texnikası məhv edildi...+VİDEO

İyulun 27-dən 28-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Fəal Əməliyyatlar departamentinin əsgərləri Qara dənizin şimal sahilindəki Tendrovskaya burnuna enərək şəxsi heyətlə birlikdə işğalçı qüvvələrin mövqelərini, “Zont” radio-elektron döyüş sistemini və “Rosa” radiolokasiya stansiyasını məhv ediblər. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi(BKİ) sosial şəbəkələrdə məlumat yayıb.
 
Əsgərlər burun üzərində Ukrayna bayrağını ucaldıblar.
 
Yayımlanan videoda xüsusi təyinatlıların qayıqda buruna getdiyi və sahildə işğalçıları qeydə aldıqları göstərilir. Sonda komandirə hesabat verirlər ki, “ukraynalılar özününkünü geri aldılar”.
 
İdarədə əlavə edilib ki, tapşırığın uğurla yerinə yetirilməsi “BKİ üçün qayıqlar” layihəsinə qoşulan tərəfdaşların və donorların dəstəyi sayəsində mümkün olub.
 
“Yeni üzmə vasitələri xüsusi təyinatlıların gözlənilməyən yerdə fəaliyyət göstərməsi üçün əlavə imkanlardır”, - deyə BKİ əlavə edib və donorlara təşəkkür edib. Qurum Ukrayna dənizi uğrunda mübarizənin davam etdiyinə əmin edib.
 
Bu gün Kirill Budanovun qurumu həmçinin açıq dənizdə ilk dəfə "FPV" pilotsuz uçan aparatlardan istifadənin arxiv videosunu nümayiş etdirib. Əməliyyat Krım sahillərində "Petro Godovanets" qaz hasilat platformasındakı hədəfləri vurmaq üçün həyata keçirilib.
 
Reyd zamanı “Timurun xüsusi təyinatlıları” tərkibində olan “Quzğun qrupu” bölməsinin döyüşçüləri rusların atəş vasitələrini durdura bilib. Video-görüntülərə görə, qrup gecə saatlarında iki qayıqla qaz hasilat platformasına yaxınlaşıb. Kəşfiyyat pilotsuz uçan aparatından alınan məlumatlardan istifadə edərək, infraqırmızı kameraları olan bir neçə "FPV" hücum dronunu işə salıblar.
 
Daha əvvəl "Fokus" yazıb ki, BKİ agentləri Rusiya Silahlı Qüvvələrinin pilotlarının təlim keçdiyi Rusiyanın "Armavir" aerodromunda "Su-27UB" təyyarəsini məhv ediblər.

 

Избранный
12
moderator.az

1Источники