Elçin Şıxlı: "Uşağını atıb qaçan arvadını efirdə axtaran kişi özü günahkardır"
"6 uşağını atıb qaçan ananın ailə münaqişəsinin efirə daşınmasında günah atadadır".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Elçin Şıxlı deyib.
O bildirib ki, mənfi və ya müsbət fərq etmədən hansısa bir məsələ tendensiya halını alırsa, bu, geniş auditoriya qarşıaında müzakirə olunmalıdır:
"Bu məsələ konkret səhvlər üzərində deyil, ümumi məsələ kimi müzakirə olunmalıdır. Burada günahkar kişi özüdür ki, 6 uşağına baxa bilmir, qaçmış yoldaşını axtarır, məsələni efirlərə çıxarır. Bu şəxsləri jurnalistlər efirə çıxarmır, özləri gəlib çıxırlar. Bu insanlardan asılıdır və insanlar sadəcə olaraq özlərini tanıtmaq istəyirlər. Ailə-məişət problemləri bütün zamanlarda var olub. Amma insan özü gəlib məsələni efirə çıxarırsa, problem onun özündə, mənəviyyatındadır".
Qeyd edək ki, son dövrlər məişət problemlərinin efirə çıxarılması gündəmə çevrilib