RU

Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək

Bakı. Trend:

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular(U-19) arasında “Brandenburq Kuboku” start götürəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 4 gün davamedəcək beynəlxalq turnirə milli komandamız 4 idmançı iləyollanıb.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov FrankfurtdaBilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram),Sübhan Babayev (60 kiloqram) və Məhəmməd Cəfərova (+90 kiloqram)şans verəcək.

Yarışda Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Избранный
35
1
az.trend.az

2Источники