RU

Jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrininbakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaqistəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirakedəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-ininternet saytından çap edirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon),bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlməvaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaşkitabçası”ndan çıxarış da təqdim olunur.

Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacibtövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruriməlumatlar çatdırılır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • İmtahana buraxılış vərəqəsi;
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

  • Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Избранный
3
26
az.trend.az

10Источники