RU

Rusiyanın Polşaya göndərdiyi 32 nəfərlik diversiya qrupu ələ keçdi

Polşanın xüsusi xidmət orqanları Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib. Onun sözlərini RMF24 nəşri yayıb.

Saxlanılanlar arasında ruslar, belaruslar, ukraynalılar, eləcə də kolumbiyalı və polşalı da var. Tuskun sözlərinə görə, Rusiya kəşfiyyatı onlara sabotaj və hücumlar törətmək tapşırığı verib.

Onlardan biri artıq məhkəmə tərəfindən mühakimə olunaraq cəzalandırılıb, digərləri isə istintaq altında saxlanılır və məhkəməni gözləyir.

“Nazirlərə tapşırıq verdim ki, risklərin qarşısını almaq və Polşa dövlətinə Rusiya vasitəsilə hücum edən hər kəsi tutmaq üçün daha da sərt və qətiyyətli tədbirlər görsünlər”, - deyə baş nazir bildirib.

Bizim.Media

Избранный
19
bizim.media

1Источники