Çində doğum nisbətinin azalması probleminin həlli üçün hökumət yeni addım atıb.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, hökumət doğum nisbətinin artırılmasına yönəlmiş proqram çərçivəsində 3 yaşa qədər hər uşağa illik 3600 yuan (təxminən 852 manat) məbləğində ödəniş elan edib.
Bildirilib ki, proqram bu ilin əvvəlindən geriyə tətbiq ediləcək, lakin 2022-2024-cü illər arasında uşaq sahibi olan ailələr də qismən yardım üçün müraciət edə bilərlər.
Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, Çin əhalisində ən çox azalma 2024-cü ildə müşahidə olunub. Sözügedən il ərzində Çində 9,54 milyon körpə doğulub.