RU

Qərəzli qətnamə layihəsi Fransanın ifşa olunmuş əsl simasının göstəricisidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Fransanın siyasi dairələrinin, o cümlədən, parlamentinin YeliseySarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofobfəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatınicraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar”Partiyasıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxmakampaniyası çərçivəsində səsləndirilən fikirlərin MilliAssambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapmasıcızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığınıbir daha təsdiqləyir. Bir mühüm məqamı da nəzərə alaq ki, qətnaməlayihəsi Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuşrazılaşmadan çox keçmədən irəli sürüldü. Təbii ki, atılan bu addımtəsadüfi xarakter daşıya bilməz. Azərbaycan diplomatiyasının sonzamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayişetdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırıərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərədair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurur. Bu kontekstdə,prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanıhədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşıqərəzli mövqeyini açıq-aşkar nümayiş etdirir. Bu sənəd bir dahagöstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqaz regionundasülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçünqərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnaməninmüəllifləri də daim erməni lobbisinin təsiri altında fəaliyyətgöstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.

Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonraFransanın ölkəmizə qarşı bu günədək yürütdüyü qərəzli siyasətinaçıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır və bu, qəbul edilənqeyri-ciddi, Azərbaycan üçün adi kağız parçasından başqa bir şeyolmayan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır.Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyibir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə birqətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindənnarahat olduğunu, danışıqlar prosesindən kənarda qalmasını həzm edəbilmədiyini bir daha təsdiqləyir. Fransa Milli Assambleyasındairəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqlayanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıqhörmətsizlikdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın“sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur. 30illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünyadövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanansiyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadanədalət gözləməsi sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin,beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinəatılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasındahəllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinəarxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinəqatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxınuzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi,bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin,beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın realimkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə sonqoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstəkverənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri,ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəndövlətlər reallığı inkar etməyə çalışsalar da sülh gündəliyininmüəllifi Azərbaycandır. Tarixi Zəfərimizdən dərhal sonra regiondadayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalqhüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini irəlisürən tərəf də Azərbaycandır. Ötən bu illər ərzində ölkəmizin sülhmüqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləriyüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır.

Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycanxalqına qarşı törədilən cinayətlərə göz yumulur. Halbuki, bu günişğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyayatəqdimatıdır. Bu torpaqlarda olan xarici qonaqlar törədilənvəhşilikləri gözləri ilə görürlər. Özlərinə saxta tarix yazanermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləriört-basdır etmək qeyri-mümkündür. XX əsrin dəhşətli faciəsi olanXocalı soyqırımı erməni vəhşiliyinin əyani göstəricisidir. Qondarmaqətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızıngeri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bukimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixiədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin,suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və ŞərqiZəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycanaqayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixiədalətdir.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa birtərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimianlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilindəYeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkəərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasınaboğur. Bu, Fransa dövlətinin neokolonial siyasətiningöstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yenidövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhsedərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasətistiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizimxarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycanmünaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki,gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləriüstünlük təşkil etməlidir. Neokolonializmə qarşı mübarizə aparanölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdənqalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizigöstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlarda bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizgeridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq.Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşıməkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərindəkeçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da buməsələyə xüsusi diqqət yönəltdi. Tədbir iştirakçısının YeniKaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yenirazılaşmanı, eləcə də ədalət və azadlığa can atan dənizaşırıərazilərdə hələ də davam edən kolonializmə qarşı mübarizəni nəzərəalaraq Azərbaycanın münasibəti ilə bağlı sualına cavabındaPrezident İlham Əliyev vurğuladı ki, Fransa ilə Yeni Kaledoniyaarasında baş vermiş hadisə tarixi presedentdir. Bu, hekayətin sonudeyil, başlanğıcıdır. Neokolonizmlə bağlı mövqeyimiz tam aydındır.Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. QoşulmamaHərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraqdekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətəqovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyiqərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir.Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, birölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digərxalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, xalqlarınfundamental hüquqlarına, onların azadlığına ziddir. Avropaqitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobudşəkildə pozulur.

Vüqar Rəhimzadə bildirib ki, Yeni Kaledoniyada Azərbaycanbayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransahakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək,işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrundamübarizəsini dəstəkləyəcək.

Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsinqorunmasından danışan Fransaya öz ərazisində ucaldılan vəqadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlininEvian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaqkifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarlaört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqmümkünsüzdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənənmüstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimidövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq,özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçalarıdövlətimizin siyasətinə təsir etmək imkanında deyil. Azərbaycan hərzaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobalproblemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir arayagətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyinimöhkəmləndirir.

Избранный
13
7
az.trend.az

8Источники