RU

Hepatit B və C xəstələrinin müalicə xərcləri sığorta ilə qarşılanır RƏSMİ

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

B və C virus hepatitlərinin diaqnostika və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

Modern.az hepatit diaqnozu qoyulmuş şəxslərin müalicə və dərman təminatının sığorta paketinə daxil olduğunu dəqiqləşdirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Xidmətlər Zərfində ixtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi (infeksionist, hepatoloq və s), laborator (ümumi klinik analizlər, biokimyəvi, immunoloji testlər və s.) və instrumental müayinələr (USM, elastometriya, MRT, KT və s.) təminata daxildir.

Məlumatda qeyd edilib ki, bu xəstəliyin stasionar şəraitdə müalicəsi zəruri olduqda “Kəskin C hepatiti”, “Kəskin B hepatiti” və digər dəqiqləşdirilmiş kəskin virus hepatitlərinin müalicəsi də icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qurumdan verilən məlumata görə, B və C hepatitinə yoluxmuş şəxslərin virusəleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə TƏBİB-in tabeliyində Komissiya fəaliyyət göstərir. Bu barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə müraciət etmək tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
modern.az

1Источники