RU

Messini milyard dollarlıq saatı… – “Qolunda sərvət daşıyır”

MLS təmsilçisi “Inter Miami” klubunun heyətində çıxış edən dünya ulduzu Lionel Messi bu dəfə meydandakı oyunu ilə deyil, bahalı qol saatı ilə gündəmə gəlib. 

Ulusal.az xəbər verir ki, ulduz futbolçunun taxdığı və yalnız 10 ədəd istehsal edilən “Rolex” saatının qiyməti müzakirələrə səbəb olub.

Məlumata görə, 18 karatlıq sarı qızıldan hazırlanmış, çərçivəsi və göstəriciləri baget kəsim çəhrayı safir daşlarla bəzədilmiş bu unikal saat heç bir rəsmi kataloqda yer almır. Sözügedən qol saatının təxminən 900 min ABŞ dolları dəyərində olduğu bildirilir.

Ekspertlər Messinin taxdığı saatın eksklüzivlik, material və dizayn baxımından nadir nümunə olduğunu bildirirlər.

Sosial mediada yayılan görüntülər qısa zamanda geniş maraq doğurub, bir çox izləyici isə “Messi qolunda sözün əsl mənasında sərvət daşıyır” deyə şərhlər yazıb.”AzPolitika.info”

Избранный
28
moderator.az

1Источники