RU

Yan Bednarek karyerasını “Portu”da davam etdirəcək

Polşalı mərkəz müdafiəçisi Yan Bednarek Portuqaliyanın “Portu” klubu ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb. Transferin dəyəri 7,5 milyon avro təşkil edir. Müqavilədə futbolçunun sərbəst qalma məbləği isə 60 milyon avro olaraq göstərilib.

Bednarek futbolçu karyerasına Polşanın “Lex” klubunda başlayıb. O, həmçinin “Qurnik”, “Aston Villa” və “Sauthempton”un formasını geyinib.

Geridə qalan mövsümdə “Sauthempton”un heyətində 34 matça çıxan təcrübəli müdafiəçi 2 qol vurub və 4 sarı vərəqə alıb. Polşa milli komandasında isə onun aktivində 69 oyun və 1 qol var.

Избранный
12
90deqiqe.az

1Источники