RU

Lerikdə 5 ton narkotik bitki məhv edilib

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

Ucnoqta.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

Избранный
5
19
ucnoqta.az

10Источники