ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Alim Qasımovun qızı Dilrubənin həyatı ilə bağlı video yayımlanıb.
Axşam.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda Dilrubənin həyat yoldaşından ayrıldığı, təhsil alaraq, həyatına yenidən başladığı bildirilib:
"38 yaşında başlayan ikinci həyat. Həyatın ona yaşatdığı çətinliklərdən, acılardan sonra qərar verir: daha artıq ola bilərəm. Övladları ilə çətin sınaqdan keçir. Ayrılır, övladları ilə tək qalır, ailə yükü artır. Ayağa qalxır və 38 yaşında Tibb Universitetinə qəbul olur. Yaşca tələbə yoldaşlarından böyük idi. Dayanmadı, çalışdı və bu yay diplomunu aldı".
Qeyd edək ki, Alim Qasımovun dörd övladı var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.