Müğənni Nura Suri restoranlarda müştərilərin aldadılması ilə bağlı ittiham irəli sürüb.
Nura Surinin sözlərinə görə, o, bu xoşagəlməz vəziyyətlə şəxsən qarşılaşıb:
“Restoranlarda diqqətli olun, çünki sifariş etmədiklərinizi də sonda hesaba əlavə edib sizdən pulunu ala bilərlər. Bunu edən işçilər həm restoran sahiblərini, həm də sizi aldadırlar. Dünən restoranlardan birində (açılış idi) bu hal yaşandı. Hətta müğənniyə atılan şabaşı restoran işçiləri toplayıb öz ciblərinə qoydular. Restoran işlədənlər işçilərə ciddi nəzarət etməlidirlər”.
Musavat.com