RU

“Oskar” mükafatı almış filmin rejissorunu saxlayıblar

“Oskar”

2025-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Başqa torpaq yoxdur” sənədli filminin rejissorlarından biri olan Həmdan Bilal İsrailin nəzarət etdiyi İordan çayının qərb sahilində saxlanılıb.

Reyting.az
xəbər verir ki, İsrail mediası İordan çayının qərb sahilindəki Hebron vilayətinin cənubundakı Susya kəndində israillilərə daş atmaq iddiası ilə üç fələstinlinin nəzarətə alındığını bildirib.

Saxlanılanlar arasında “Oskar” mükafatlı “Başqa torpaq yoxdur” sənədli filminin rejissorlarından Bilalın da olduğu deyilir.

V. QULİYEV
Избранный
32
reyting.az

1Источники