RU

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 466 min 38 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 27 milyon 751 min 93 dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Избранный
74
13
turkic.world

10Источники