RU

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - BU SƏBƏBDƏN

Bakı. Trend:

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasıturnirinin seçmə mərhələsində İrlandiyanın “Şelbörn” kollektivinəqarşı oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimindədəyişikliklər ediləcək.

QSC-dən Trend-ə verilən məlumata görə, oyun günü üç stansiyadagücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramovadına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeşmarağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətindəyönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinintəhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.

Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar BakıMetropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarətmexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsiayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında danəzərdə tutulur.

Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğundavam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlarhazır vəziyyətdə saxlanılacaq.

Избранный
5
40
az.trend.az

10Источники