RU

Yer peyklərini sıradan çıxara bilər: Ayda böyük asteroid zərbəsinin ehtimalı artıb

Yer üçün təhlükəli hesab edilən asteroidin 2032-ci ildə Ayla rekord səviyyədə toqquşma ehtimalı var. 

HİT.az xəbər verir ki, bunu CNN nəşri yazır.

Qeyd edilir ki, 2024-cü ilin sonunda kəşf edildikdən sonra YR4-in Yerlə toqquşma ehtimalı ilk olaraq 3,1% təşkil edirdi - bu, məlum asteroidlər arasında rekord hündür səviyyə idi. Lakin sonrakı yer və kosmik müşahidələr planetimizə zərbə endirilməsi ehtimalını aradan qaldırmağa imkan verdi. Əvəzində, onun Aya dəymə ehtimalı təxminən 4,3%-dir.

YR4-in Ayla toqquşması son 5 min ilin ən güclü zərbəsi ola bilər.

Əhəmiyyətlidir ki, asteroidin ölçüsü təxminən 60 metrdir, yəni bu, Yerə zərbə endirildikdə regional dağıntıya səbəb ola bilən "şəhərləri məhv edə bilən" asteroiddir. Ayla toqquşma halunda diametri 1 kilometrə qədər olan krater yarana bilər və 100 milyon kq-a qədər toz və qalıq kosmosa qalxacaq. Yerə qalıq zərbəsindən təhlükə olmasa da, kiçik ay tozunun bir hissəsi planetin atmosferinə çata bilər və çılpaq gözlə görünə bilən meteor yağışına səbəb ola bilər.

Lakin bu hissəciklər səs sürətindən yüksək sürətlə uçacaq və atmosfer planetin səthini qorusa da, peyklər və kosmik aparatlar təhlükə altına düşə bilər. Alimlərin qiymətləndirmələrinə görə, zərbə rabitə və naviqasiya peyklərinin işində müvəqqəti pozuntulara səbəb ola bilər ki, bu da nəqliyyatdan internetə qədər çoxsaylı sahələrə təsir edəcək. YR4-in Ayla toqquşması 10 illik meteor tozu yığımına bərabər miqdarda kosmik zibil yarada bilər.

Qeyd edilir ki, alimlər 2028-ci ilə qədər onun trayektoriyasını dəqiqləşdirəcək və 2022-ci ildə başqa asteroidi uğurla yönündən kənarlaşdıran DART missiyası növündən hansısa müdaxilənin zəruri olub-olmaması barədə qərar qəbul edəcək.

Samir
 

Избранный
24
hit.az

1Источники