RU

Tanımadığı tankerə minib könüllü köməyə getmişdi Həlak oldu

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bursanın Gürsu və Kestel rayonları arasında baş verən meşə yanğınına su daşıyan tankerin xəndəyə aşması nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölənlərdən biri Kazım Bayrak adlı şəxs ərazidəki yanğının söndürülməsinə kömək etmək məqsədilə təsadüfən rastlaşdığı tankerə minib.

O, həmin tankerin sürücüsü ilə yanğına su daşıyarkən həyatını itirib.

Ailəsinin bildirdiyinə görə, o, mebel sexində çalışırmış, subay imiş. Qardaşı deyir ki, Bayrak yanğın başlayan andan könüllü kimi yanğının söndürülməsinə töhfə verib:

“Qardaşım yanğınlar başlayanda Dışkaya məhəlləsinə könüllü olaraq getdi. Orada təsadüfən Boludan gələn su tankerinin sürücüsü ilə tanış oldu. Kazım və digər dostu ona kömək etmək, ölkəmizə, millətimizə fayda vermək, yanğını söndürmək üçün birlikdə mübarizə apardılar”.

Qeyd edək ki, Bursansanın Gürsu və Kestel rayonları arasında bir gün əvvəl baş verən meşə yanğınına su daşıyan tankerin xəndəyə aşması nəticəsində sürücü Əhməd Dəmirəl, sərnişinləri Kazım Bayrak və Mehmet Şimşək həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
2
qafqazinfo.az

3Источники