Bu gün Estoniyanın dəniz sərhədinin pozulması ilə bağlı etiraz bildirmək və rəsmi nota təqdim etmək üçün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya XİN-ə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iyulun 26-sında Rusiyanın sərhəd gəmisi Vayndloo adasının şərqində Estoniyanın ərazi sularına daxil olub.