RU

Çimərliklərdə diqqətli olun; qumun içindən belə əşyalar çıxa bilər VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda çimərlik zonalarında acınacaqlı vəziyyət hələ də davam edir. Daxili İşlər Nazirliyinin əməkdaşlarının nəzarət tədbirlərinə baxmayaraq, Abşeron yarımadasının hər nöqtəsində irili-xırdalı vətəndaş məsuliyyətsizliyindən qaynaqlanan problemlər özünü göstərir. Baxmayaraq ki, insanların sıx toplaşdığı ərazilərdə polis çimərliyi zibilləyən şəxslərlə ya profilaktik söhbət aparır, ya da cərimələyir, yenə də ətrafı zibilləyən şəxsləri görmək mümkündür. Bu adamlar adətən günün qaranlıq saatlarında çimərlik ərazisinə əlində spirtli içki və s. qida məhsulları ilə gəlir, gedəndə isə həmin məhsulların bağlamalarını, şüşə və s. materially tullantıları çimərlikdəcə qoyub gedir.

Avtosfer.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsində də eyni vəziyyət yaşanır. Ərazi sakinləri və digər könüllülərin dəfələrlə çimərlik zonasını təmizləməsinə baxmayaraq, yenə də kimlərsə tərəfindən buraya müxtəlif tullantılar atılır. Sakinləri narahat edən əsas məsələ isə şüşə materialdan ibarət zibilin qumluq əraziyə atılmasıdır.

Burada vətəndaşlar qumun içində kiçik şüşə parçalarını görmədiyi üçün xəsarətlər də alırlar. Sakinlər aidiyyəti qurumlardan bu məsələni daimi diqqətdə saxlamalarını və bu cür məsuliyyətsiz davranışların cəzasız qalmamasını xahiş edir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
avtosfer.az

1Источники