RU

Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, eyni zamanda Bayraq Meydanının keçmiş rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Fuad Babayevin vəkili vəsatətlə çıxış edib. Vəkil bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını istəyib: “Bir şirkət yaradılıb və görüntü yaradılıb ki, guya bu şirkət yeyinti məqsədilə qurulub. Amma şirkətin hesabına köçürülən vəsaitlər təyinatı üzrə xərclənib və hesabda qalıb”. Məhkəmə vəsatəti təmin edərək həmin sənədlərin işə əlavə olunması barədə qərar qəbul edib. Daha sonra İlqar Mustafayevin vəkili də vəsatət verib. Vəkilin sözlərinə görə, ittihamda 2020-2023-cü illərdə gəmilərdən əldə edilən gəlirlərin mənimsənildiyi iddia olunur: "Guya gəmilərdən ayda 3-7 min, ildə isə 13 min sərnişin istifadə edib. Amma pandemiya dövründə, xüsusilə 2020-ci ildə insanlar SMS icazəsi ilə küçəyə çıxırdı. Bu qədər sərnişinin istifadəsi mümkün deyildi. Bulvar İdarəsinin həmin dövrə aid alt sənədlərinin məhkəməyə təqdim edilməsini istəyirik".

Məhkəmə bu vəsatəti isə baxılmamış saxlayıb. Növbəti məhkəmə prosesi avqustun 18-nə təyin edilib.

Избранный
11
1
buta.tv

2Источники