RU

Bakıda bu çimərliklər təhlükəlidir

Yay mövsümündə havaların isti keçməsi və insanların çimərliklərə axını fonunda dənizdə boğulma hallarının artması müşahidə olunur. Mövzü ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Metbuat.az-a açıqlama verib. Aqşin Əlilinin sözlərinə görə, may ayından etibarən yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılıb. Bu tədbirlərin əsas məqsədi nəzarətsiz və təhlükəli çimərlik ərazilərinin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim olunması olub:"Nazirlik yalnız dövlət tərəfindən müəyyən edilmiş və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə təhlükəsizlik tədbirləri həyata keçirir. Bu tədbirlərə dalğıclar vasitəsilə sualtı müayinələr, təmizləmə işləri, üzmə sərhədlərini göstərən nişanların quraşdırılması və maarifləndirici lövhələrin yerləşdirilməsi daxildir. Həmin çimərliklərdə iyunun 15-dən etibarən FHN əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Eyni zamanda, özəl istirahət mərkəzləri və qeyri-rəsmi çimərliklərdə təhlükəsizlik tədbirlərinin görülməsi birbaşa həmin obyektlərin operatorlarının məsuliyyətindədir. Nazirlik tərəfindən bu obyektlərə də təhlükəsizlik qaydaları barədə rəsmi bildirişlər təqdim olunub". Xüsusilə aşağıdakı ərazilər xüsusi təhlükəli zona kimi qeyd olunub: • Bakı şəhəri, Xəzər rayonu: Şüvəlan (“Mil Qaya”, “Şimal Qre”) • Bilgəh qəsəbəsi: 12-ci dalan (Daçnik ərazisi) • Nardaran: “Eskada” Yaxt Klubu ərazisi • Goradil–Novxanı arası: “Sarıqaya” • Qaradağ rayonu: “Mayak” ərazisi • Zirə limanı yaxınlığı"Bu zonalarda sualtı axınların güclü olması, sualtı relyefin mürəkkəbliyi, daş və qayalıqların mövcudluğu, qəfil dərinliklər, burulğanlar və digər təbii amillər insan həyatı üçün ciddi təhlükə yaradır".FHN vətəndaşlara müraciət edərək bildirir ki, çimərlik seçimində diqqətli olmaq, yalnız xilasedicilərin və müvafiq texniki vasitələrin mövcud olduğu çimərliklərdən istifadə etmək vacibdir. Əks halda, təhlükəsizlik tədbirlərinin olmaması həyat üçün risk yaradır.Onun sözlərin görə, cari ilin əvvəlindən bu günə qədər FHN-in xilasediciləri tərəfindən 46 nəfər boğulma təhlükəsindən xilas olunub. Nazirliyin nəzarət etdiyi rəsmi çimərliklərdə isə ölümlə nəticələnən hadisə qeydə alınmayıb. Ən çox boğulma halları qeyri-rəsmi, nəzarətsiz çimərliklərdə və bölgələrdəki suvarma kanalları, çaylar, süni göllər və su anbarlarında baş verir. Uşaqlar və yeniyetmələrin valideyn nəzarəti olmadan bu cür ərazilərdə çimməsi faciəvi nəticələrə səbəb ola bilər.Xidmət rəsmisi çimərliklərdə təhlükəsizlik qaydalarının vacibliyini xüsusi vurğulayıb:
• 13 yaşadək uşaqlar yalnız valideyn müşayiəti ilə çimərlikdən istifadə etməlidir • Sərxoş halda suya girmək qadağandır • Balıq ovlamaq, texniki vasitələrdən başqa digər su nəqliyyatı ilə çimərlik ərazisinə daxil olmaq olmaz • Qadağanedici nişanları keçmək təhlükəlidir • Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək qadağandır • Fövqəladə hal baş verdikdə 112 qaynar xəttinə məlumat verilməlidirXilasedicilərin iş rejimi səhər saat 09:00-dan axşam 20:00-dəkdir. Bu saatdan sonra vətəndaşlara sudan çıxmaları barədə səsli xəbərdarlıqlar edilir.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
18
metbuat.az

1Источники