RU

Öz sözünü demək, geri çəkilməmək, mübarizə aparmaq... Həsən bəy Zərdabi əslində kim idi? Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

Mətbuatın 150 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində ötən həftə yolumuzu Zərdab rayonundan salıb, Həsən bəy Zərdabinin xatirə muzeyinə baş çəkdik…

Hamıya məlumdur ki, Həsən bəy Zərdabi sözün əsl mənasında Azərbaycan mətbuatının yaradıcısı, maarifçi, publisist olub. Həsən bəy Zərdabi 1837-ci ildə iyun ayının 28-də Zərdab rayonunda dünyaya göz açıb. İlk təhsilini ilahiyyat məktəbində alan Həsən bəy, Şamaxı və Tiflis şəhərlərindəki məktəblərdə təhsilini davam etdirib. 1861-1965-ci illərdə Moskva Universitetinin təbiət elmləri-riyaziyyat fakültəsini bitirərək, universitetin ilk azərbaycanlı məzunu olub.

Həsən bəy Zərdabinin Tiflis Torpaqşünaslıq Palatasının əməkdaşı, Bakı Real Gimnaziyasında təbiətşünaslıq (təbiətşünaslıq) müəllimi kimi fəaliyyətləri olsa da, ilk Azərbaycan qəzeti olan “Əkinçi”nin (1875) redaktoru kimi tanınır.

Qeyd etmək lazımdır ki, əslində Azərbaycanda mətbuatın formalaşması üçün müxtəlif zamanlarda cəhdlər olub. Belə ki, 1832-ci ildə “Tiflis xəbərləri”nin Azərbaycan nəşri, 1845-ci ildə “Zaqafqaziya xəbərçisi”nin redaksiya heyəti Azərbaycan dilində eyniadlı – “Qafqazın bu tərəfinin xəbəri” adlı əlavələr nəşr etməyə başlamışdı. Amma bu nəşrlər müstəqil mətbuatın ilk nümunələri hesab edimir. Çünki bu nəşrlərdə daha çox Azərbaycanda dilində tərcümə materialları yer alırdı. 1841-ci ildə Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh Tiflisdə mətbəə açmağa çalışsa da, Çar hakimiyyəti buna imkan yaratmır. Amma 1875-ci ilin məhz iyul ayında Həsən bəy Zərdabi “Əkinçi”nin ilk nömrəsini nəşr etdirə bilir. Zərdabi hələ Moskvada oxuyarkən qabaqcıl rus jurnalistikasının ənənələri ilə tanış olmuşdu. O, yerli mətbuatı böyük maraqla izləyir və nəticə çıxarmaq istəyirdi. Zərdabi mətbuatı doğru sözün ən mühüm ideoloji silahı hesab edirdi.

1875-ci ildə “Əkinçi” işıq üzü görür, amma 3 il sonra 56-cı nömrədən sonra bağlanır. Həsən bəy Zərdabi “Siyasi cəhətdən təhlükəli və etibarsız” elan edilir. 1880-cı ildə Zərdaba qayıdır və burada yerli dini təbliğatçılara qarşı mübarizə aparır. 1896-cı ildə Zərdabi ailəsi ilə birlikdə Bakıya köçür və şəhər Dumasında işləməklə yanaşı, “Kaspi” qəzeti ilə də əməkdaşlıq edir.

Qeyd edək ki, Zərdabi təkcə milli mətbuatın yaradıcısı deyil, eyni zamanda 1906-cı ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimlərinin I Qurultayının təşəbbüskarı və təşkilatçılarından biri olub.

Həsən bəy Zərdabi 1907-ci ilin noyabr ayında vəfat edib.

Bu gün Zərdabda Həsən bəy Zərdabinin xatirə muzeyi fəaliyyət göstərir. Xatirə muzeyində Həsən bəy Zərdabinin əlyazmaları, əsərləri, kitabları, doğmaları, dostları ilə fotoları, hətta istifadə etdiyi əşyalar da yer alıb. Muzeyi gəzdikcə, sanki keçmişə ziyarət edirsən. Muzeyin həyətində Həsən bəy Zərdabinin büstü yer alır. Hər il bu muzeyə yüzlərlə ziyarətçi baş çəkir, Həsən bəy Zərdabinin özünəməxsus peşə fəaliyyəti ilə tanış olur.

Həsən bəy Zərdabinin ixtisası fərqli olsa da, bu gün Azərbaycan Milli Mətbuatının təməlinin onun “Əkinçi” qəzeti ilə qoyulması da həmin dövr üçün xüsusi bir cəsarətin olduğunun göstəricisidir. Azərbaycan dilində bir qəzetin yaradılması Çar dövrü üçün təqdirə layiq bir addım idi. Buna çoxu çalışsa da, Həsən bəy Zərdabi nail ola bilmişdi.

Hər zaman olduğu kimi o dövrdə də Həsən bəy Zərdabini sevməyənlər, onunla bağlı donos yazanlar çox idi. Və belə mühitdə öz sözünü demək, bacarığını inkişaf etdirmək, geri çəkilməmək, mübarizə aparmaq, təhsil və mətbuat üçün çalışmağı ancaq Həsən bəy Zərdabi bacara bilmişdi.

Bu gün müasir media özünü Həsən bəy Zərdabinin davamçısı adlandırır. Etiraf etməliyik ki, biz Həsən bəy Zərdabinin dövründə olduğu qədər təzyiqlərlə üzləşmirik. Təəssüf ki, bəzən sıralarımızda Zərdabi ənənələrinə yaraşmayan fəaliyyət göstərən şəxslər də olur. Mətbuatdan, mediadan öz mənfəətləri üçün istifadə edənlər də tapılır. Necə deyərlər, zamanla bu şəxslər ələnir, yox olur, sıralarımızdan uzaqlaşır. Çünki jurnalistika həm ürək, həm də mənəviyyat tələb edən bir sahədir. Qarşılaşdığın vəziyyətləri ürəyinlə hiss etməsən və düşünməsən, yaza bilməzsən. Həsən bəy Zərdabinin xatirə muzeyini gəzəndə də bunu düşünürdüm. Yazmaq istedaddır. Bu istedad sonradan formalaşmır. İnsan bu bacarıqla, bu istedadla doğulur. İstedadsızlar yox olur, unudulur. Tarixin hər dönəmində olduğu kimi...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
bizimyol.info

1Источники