RU

İsveçrə parlamentindəki Rusiya agenturası - VİDEO

"2025-ci ilin may ayında İsveçrə parlamentində əksəriyyəti Xristian Demokratik Xalq Partiyasını təmsil edən 19 deputatdan ibarət qrup gözlənilmədən "ermənilərin Qarabağa qayıdışına dəstək komitəsi" yaradaraq, öz hərəkatlarını "İsveçrə sülh təşəbbüsü" adlandırıblar. Bu komitə dərhal "Christian Solidarity International" ("Beynəlxalq Xristian Təşəbbüsü") ilə əlaqə qurub".

Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayılan süjetdə bəhs edilir.

"Bizim iki dəfə "xristian" sözünü xüsəsən vurğulamağımız təsadüfi deyil. Məsələ burasındadır ki, Donald Trampın prezident seçkisində qələbə qazanması ilə erməni lobbisi siyasi arsenalını və ağır artilleriyasını Co Baydenin prezidentliyi illərində çox populyar olan liberal düşərgədən kilsənin əsas rol oynadığı mühafizəkar düşərgəyə köçürüb. Ona görə də təsadüfi deyil ki, erməni lobbisi son vaxtlar insan haqları və demokratiyanı deyil, məhz Qarabağ xristianlarının hüquqlarının müdafiəsini və bu bölgədə hər cür "xristian irsi"ni ön plana çıxarır", - deyə süjetdə bildirilir.

Ətraflı videoda:

 

Избранный
14
6
moderator.az

7Источники